Bu ölkədə dəhşətli yol qəzası: 46 nəfər həyatını itirdi

15:12 22 Oktyabr 2025

Ugandada paytaxt Kampala ilə Gulu şəhərini birləşdirən magistral yolda baş verən çoxsaylı nəqliyyat vasitələrinin toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Qəza çərşənbə axşamı gecə yarısından sonra, Kampala şəhərindən təxminən 263 km uzaqlıqdakı Kiryandongo qəsəbəsi yaxınlığında baş verib.

Polisin ilkin araşdırmasına əsasən, əks istiqamətlərdən gələn iki avtobusun eyni anda yük maşını və minik avtomobilini ötməyə çalışması nəticəsində böyük toqquşma baş verib.

Hadisə nəticəsində çoxsaylı insan xəsarət alıb, yaralıların bəzilərinin vəziyyəti ağırdır. Xilasetmə və təmizləmə işləri davam etdirilir.

Rəsmilər qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün araşdırma aparır. Bu, son illərdə ölkədə baş verən ən faciəvi yol qəzası kimi qiymətləndirilir.

Aytac,

Sitat.info 



Xəbər xətti