Luvrda oğurluqda istifadə edilən kran reklam kampaniyasına çevrildi

15:30 24 Oktyabr 2025

Luvrda oğurluq edən şəxslərin istifadə etdiyi kran reklam kampaniyasına çevrilib. 
 
Sitat.info türk mətbuatına istinadən xəbər verir ki, Werne şəhərində fəaliyyət göstərən bir ailə şirkəti diqqətçəkən reklam kampaniyasına start verib. 
 
Şirkət "Tez hərəkət etməyin vacib olduğu anlar üçün” şüarı ilə Facebook və Instagramda yeni kampaniya yayımlayıb. 
 
Kampaniyada Luvr muzeyinə girmək üçün oğruların istifadə etdiyi "Agilo” model mebel liftinin fotosu təqdim olunub. Şirkət paylaşımda cihazın "dəqiqədə 42 metr sürətlə 400 kiloqrama qədər yük daşıya bildiyini və pıçıltı qədər səssiz işlədiyini” qeyd edib. 



Xəbər xətti