Rusiya Kiyevdə uşaq bağçasına ballistik raketlərlə vurdu: Yaralananlar var

09:14 25 Oktyabr 2025

Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib.

Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.

Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata əsasən, səkkiz nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.



Xəbər xətti