Azərbaycan nefti cüzi bahalaşdı

10:22 25 Oktyabr 2025

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Sitat.info  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.09 ABŞ dolları və ya 1.63% artaraq 67.84 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.75 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.



Xəbər xətti