Bu gün Ana Vətən Partiyasının növbəti Qurultayı keçirilib.
Məlumata görə, qurultayda Ana Vətən Partiyasının sədri olan Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb. Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçildiyini bildirib.
Fəzail Ağamalı isə sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istəyib.
Məsələ ilə bağlı Fəzail Ağamalının köməkçisi Həcər Məlikova "Sitat.info"ya bildirib ki, Elçin Ağamalı sədr seçilməyib: "Mən Günay xanımın və Fəzail müəllimin köməkçisiyəm. Qurultayda mübahisə düşdü. Elçin Ağamalı sədr seçilmədi. Ajiotaj yaratmaq istədilər, məqsədlərinə nail ola bilmədilər. Sonda səs çoxluğu ilə Fəzail Ağamalı sədr seçildi. Günay xanım özü də ətraflı məlumat verə bilər".
Aytac,
Sitat.info