Paşinyan Qazaxıstana gedəcək

17:50 25 Oktyabr 2025

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfərinin tezliklə baş tutacağını açıqlayıb.
 
O, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə Respublika Günü münasibətilə yazdığı təbrik mesajında ​​bildirib.
 
"Ümid edirəm ki, yaxın gələcəkdə baş tutması planlaşdırılan Qazaxıstana rəsmi səfərim zamanı dostluq, rifah və gələcəyə yönəlmiş ikitərəfli strateji münasibətlərin inkişafı naminə Ermənistan-Qazaxıstan dövlətlərarası gündəliyini müzakirə edəcəyik", - Paşinyan qeyd edib.
 



Xəbər xətti