Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib. Sitat.info “Oxu.az”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib. İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb. Nəticədə o, hadisə yerindəcə vəfat edib.