“Azərişıq”dan “Binə” TM-də ikiqat işıqpulu yığılmasına REAKSİYA

18:29 6 Noyabr 2025

Bu gün Sitat.info saytında Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın  icarədar sahibkarlardan ikiqat işıqpulu yığması ilə bağlı şikayət yazısı dərc olunmuşdu.

Məsələ ilə “Azərişıq” ASC-dən “Sitat.info”ya bildirildi ki, “Binə” TM-dən ümumilikdə bir əsas sayğac üzrə ödəniş alınır və qurum daxili yığımlara qarışmır: 


“Qurum olaraq biz bazarın daxilində baş verənlərə müdaxilə etmək səlahiyyətində deyilik. 
Bazarın girişində baş sayğac quraşdırılıb, ona uyğun hesablama aparırıq. Bu məsələ bazar rəhbərliyi ilə satıcılar arasında həll olunur”.

Aytac,

Sitat.info



Xəbər xətti