"Mən Azərbaycanda ən çox maaş alan adam olmuşam. O dövr üçün ildə 1-2 milyon dollar əmək haqqı almışam. Təsəvvür edə bilmirəm ki, o cür malikanələri necə tikmək olar? Utanmadan, qızarmadan... Aydın məsələdir ki, Ramiz o villaları tikmək üçün icra başçılarını yığıb, boyunlarına pul qoyub.
Villalarını tikmək üçün icra başçılarından təxminən 25-30 milyon manat yığıb. Tikinti nazirliklərinə də müftə tikdirib. Bu adam cəzasız qalmamalıdır. Sən xalqın səviyyəsinə uyğun yaşamalısan.
"Sitat.info" xəbər verir ki, bu sözləri "TV Musavat"ın efirində eks-spiker Rəsul Quliyev deyib.
R.Quliyev Mehdiyevin o vaxt Həsən Həsənovu Vəzirova satdığını bildirib: "Mehdiyevin akademik savadı yoxdur. Həddindən artıq qorxaq adamdır. Bu adam o vaxt Həsən Həsənovu Vəzirova satdı. Mən bu barədə mərhum prezident Heydər Əliyevə də dedim...,"
Sitat.info ətraflı həmin videoçıxışı təqdim edir:
Səid,
Sitat.info