ABŞ-də 800-dən çox reys ləğv edildi - SƏBƏB

19:38 7 Noyabr 2025

ABŞ federal hökumətinin fəaliyyətini dayandırması ilə əlaqədar ləğv edilən reyslərin sayı artıq 800-ü ötüb.

 

Sitat.info xəbər verir ki, bu barədə ixtisaslaşmış “FlightAware” portalı məlumat yayıb.
 
Məlumata görə, hazırda Atlanta, Vaşinqton, Dallas, Nyu-York, Los-Anceles və Çikaqo kimi əsas hava qovşaqları da daxil olmaqla 817 reys ləğv edilib.
Bundan əvvəl təxminən 700 reysin ləğv edildiyi bildirilirdi.
 
Qeyd edək ki, noyabrın 7-də ABŞ hökumətin fəaliyyətini dayandırması ilə əlaqədar reyslərin sayını 4% azaldacağını elan edib. Noyabrın 11-də ləğv edilən reyslərin sayı 6%-ə, noyabrın 13-də 8%-ə, noyabrın 14-də isə 10%-ə çataraq gündə minlərlə reys təşkil edəcək.
 
Xatırladaq ki, ABŞ hökumətində “şatdaun” oktyabrın 1-də rəsmi olaraq qüvvəyə minib. Senat ardıcıl 14 cəhddə hökumətin qısamüddətli maliyyələşdirmə qanun layihəsini təsdiq edə bilməyib. Hazırda hökumətin fəaliyyətinin dayandırılması artıq 37 gündür ki davam edir.



Xəbər xətti