Şəmkir rayonunda bədbəxt hadisə baş verib. Sitat.info xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Ənvər Cəfərov xurma yeyərkən meyvə onun nəfəs borusuna düşüb. Nəticədə gənc xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.