Xankəndidə atəşfəşanlıq oldu

21:07 8 Noyabr 2025

 

Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən konsert proqramının ardınca atəşfəşanlıq olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Sitat.info-yaverilən məlumata görə, Zəfər meydanında şəhərin səması rəngarəng işıqlara bürünüb.

Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.



Xəbər xətti