Hacıqabulda ağır qəza – 2 ölü, 2 yaralı

14:30 10 Noyabr 2025

Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.

Yolda hərəkətdə olan VAZ-21011 və "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.

Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.



Xəbər xətti