Azərbaycanda toy yasa döndü: ölən və yaralanan var

15:00 10 Noyabr 2025

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Toy karvanında hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
 
Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda ona tibbi yardım göstərilir.
 
Faktla bağlı araşdırma aparılır.
 



Xəbər xətti