Ər arvadını bıçaqladı

16:00 10 Noyabr 2025

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Sitat.info APA-ya istiadən xəbər verir ki, 1993-cü il təvəllüdlü A.Musayeva başından bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Yarası dərhal tikilən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 32 yaşlı qadına həyat yoldaşı başından bıçaqla xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti