Kərim Vəliyev Bayraqdaroğluna başsağlığı verdi

18:05 11 Noyabr 2025

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Səlçuq Bayraqdaroğluna başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin", - başsağlığında qeyd olunub.



Xəbər xətti