Kanadada yaşayan azərbaycanlı qısa müddət ərzində avtomobilinin oğurlanması ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Sitat.info Milli.az-a istinadla xəbər verir ki, o, yazısında sadəcə iki dəqiqəlik pizza sifarişi vermək üçün restorana daxil olduğunu, lakin çölə çıxanda avtomobilinin yerində olmadığını gördüyünü bildirib
"Cəmi 2 dəqiqəlik içəri girdim, sifarişi götürüb çıxacaqdım. Çölə çıxanda maşın yox idi, oğurlayıblar. Polis gəldi, bir az sorğu-sual elədi, protokol tərtib etdi və getdi. Sanki heç nə olmamış kimi", - zərərçəkən əlavə edib.
Sosial şəbəkə istifadəçisi hadisəyə göstərilən reaksiyadan narazılığını da ifadə edib.
Zərərçəkən qeyd edib ki, xaricdə yeni həyat qurmaq məqsədilə üzləşdiyi bu kimi hadisələr ona ciddi mənəvi zərbə vurub.
Hazırda məsələ ilə bağlı yerli polis orqanları tərəfindən araşdırma aparıldığı bildirilir.