ABŞ-də yeni H3N2 qrip virusu alt növü ilə bağlı narahatlıqlar artır.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, yay aylarında Böyük Britaniya, Kanada və Yaponiyada ortaya çıxan yeni H3N2 qrip virusu alt növünün yayılması, bu qrip mövsümündə ABŞ-də "ağır qrip" epidemiyası ilə bağlı narahatlıqları artırır.
Bir çox ölkədə, xüsusən də Böyük Britaniya, Kanada və Yaponiyada "H3N2" qrip virusu alt növündən qaynaqlanan halların artması müşahidə olunub və qarşıdan gələn qrip mövsümündən əvvəl ABŞ-da şiddətli qrip epidemiyası gözlənilir.
H3N2 virusu yay aylarında dəfələrlə mutasiyaya uğradığı üçün hazırkı qrip peyvəndinə daxil olan H3N2 ştammından əhəmiyyətli dərəcədə fərqlənir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qlobal Tənəffüs Təhlükələri Bölməsinin direktoru Vençinq Çjan bildirib ki, iyun ayında müəyyən edilmiş yeni H3N2 variantı sürətlə yayılır və Şimal yarımkürəsinin bəzi ölkələrində dominant hala gəlir.
Qlazqo Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Antonia Ho bildirib ki, dünya miqyasında yayılan H3N2 virusu yay ərzində yeddi dəfə mutasiyaya uğrayıb və buna görə də hazırkı qrip peyvəndinə daxil olan H3N2 ştammından "xeyli dərəcədə fərqlidir".