AB Türkiyəyə ilk hərbi müşavir təyin etdi

19:38 13 Noyabr 2025

Avropa Birliyi Türkiyəyə ilk hərbi müşavir təyin edib.

 
Sitat.info xəbər verir ki, bu barədə mənbələr “Middle East Eye”a bildirib.
 
Qeyd edilib ki, Avropa Birliyi bu ayın əvvəlində ilk dəfə olaraq Türkiyədəki missiyasına hərbi müşavir təyin edib.
 
Türkiyə də qarşılıqlılıq prinsipi əsasında AB-dəki missiyasına müdafiə müşaviri təyin edə biləcək.
 
Vurğulanıb ki, AB Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyin yollarını axtarır.



Xəbər xətti