O da G20 sammitində iştirak etməyəcək

20:12 13 Noyabr 2025

 

Çin Sədri Si Cinpin Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcək.

Sitat.info xəbər verir ki, bu haqda “Die Zeit” məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyi Yohannesburqda keçiriləcək sammitdə ölkənin baş naziri Li Qianqın rəhbərlik edəcəyinə aydınlıq gətirib.

Nəzərə alsaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin  Donald Tramp daha öncə sammitdə iştirakdan imtina ediblər. Bu, G20-nin yaranmasından bəri ilk belə haldır ki, qrupun üç ən böyük dövlətinin başçıları sammitdə iştirak etməyəcək.

 

 
 
 



Xəbər xətti