Ədliyyə nazirliyindən Masallıda kənd adının dəyişdirilməsinə REAKSİYA: "Araşdırılacaq"

13:37 15 Noyabr 2025

Bu gün saytımızda Masallı rayonu Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevin Xanalion kənd sakinlərinin iradəsinə zidd olaraq, kəndin adını Sovet hökuməti tərəfindən SSRİ dövründə qoyulan "Xanalıyan" adına qaytarması ilə bağlı araşdırma dərc  etdik.

Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə bildirib ki, məsələ aradırılacaq. 

"Bu məsələ aidiyyəti idarəyə yönəldilib, araşdırılacaq" - deyə açıqlamada qeyd olunub. 

Sitat.info



Xəbər xətti