Əməkdar artist vəfat etdi

15:13 15 Noyabr 2025

Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Akif Mirabov vəfat edib.

 
Sitat.info Qafqazinfo-ya istinadla xəbər verir ki, o bu gün dünyasını dəyişib.
 
Qeyd edək ki, mərhum Azərbaycanın Milli Qəhrəmanı Rəşad Mirabovun atasıdır.
 
A. Mirabov 2000-ci ildə Respublikanın Əməkdar artisti adını alıb, 2013- cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə Prezidentin Fəxri diplomu və bir çox fəxri fərmanlarla təltif olunub.



Xəbər xətti