Moskvada Paşinyanın əleyhinə etiraz askiyası keçirildi

18:00 15 Noyabr 2025

Ermənistanın Moskvadakı səfirliyinin yaxınlığında Baş nazir Nikol Paşinyanın əleyhinə etiraz aksiyası keçirilib.

 
Sitat.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.
 
Etirazçılar hazırda həbsdə olan bütün keşişlərin və dindarlardan da əvvəl məhkum edilmiş digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Mitinqdə təxminən 100 nəfər iştirak edib.
 
Aksiyaya toplananların sözlərinə görə, Paşinyanın hərəkətləri ölkədə xaos yaradır və ictimai şüuru "zəhərləyir". Onun bu davranışları xalq arasında nifaq da yaradır. Etirazçılar insanları Ermənistan hakimiyyətinin təxribatlarına uymamağa çağırıblar.



Xəbər xətti