İraqda qəbilələr arasında toqquşma: 8 ölü, 9 yaralı

18:23 15 Noyabr 2025

İraqın mərkəzi Vasit vilayətində kənd təsərrüfatı torpaqları üstündə başlayan qəbilələr arasında münaqişə 8 nəfərin ölümü, 9 nəfərin isə yaralanması ilə nəticələnib.

Sitat.info xəbər verir ki, bu barədə yerli media təhlükəsizlik rəsmisinə istinadən məlumat verib.

Hadisə səhər saatlarında Xeşən kəndində Bədəvi mənşəli bir qəbilənin üzvləri arasında baş verib. Rəsminin sözlərinə görə, ölən və yaralananların hamısı münaqişədə birbaşa iştirak edən şəxslərdir.

Təhlükəsizlik qüvvələri ərazini nəzarətə götürsə də, atışmaların tam dayanmadığı bildirilir.

İraqda qəbilələr arasında toqquşmalar tez-tez müşahidə olunur.



Xəbər xətti