14 yaşlı məktəbli dəm qazından boğularaq ölüb.
Sitat.info Unikal-a istinadla xəbər verir ki, hadisə Şamaxı rayon Qızmeydan kəndində baş verib. Belə ki, kənd sakini 2011-ci il təvəllüdlü Hümbətov Emil Eyvaz oğlu hamam otağında dəm qazından zəhərlənib. O, yaxınları tərəfinfən Şamaxı Rayon Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.