Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı

20:34 17 Noyabr 2025

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.Məlumata görə, kənd sakinləri 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlayıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən şəxsin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.



Xəbər xətti