Ali Məhkəmədən Bəxtiyar Hacıyev haqda son qərar

12:50 18 Noyabr 2025

Çoxsaylı cinayətlərdə təqsirli bilinərək 10 illik həbs edilən ictimai fəal Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılıb.

Sitat.info-nun “Qafqazinfo”ya istinadən məlumatına görə, Ali Məhkəmə bir az əvvəl cinayət işi ilə bağlı son qərarı açıqlayıb.

Məhkəmə apellyasiya instansiyasının qərarında hər hansı qanun pozuntusu müəyyən etməyib. Bu səbəbdən şikayət əsassız sayılaraq rədd edilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ildə polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib.

O, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma), 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib.

 



Xəbər xətti