Trampdan jurnalistə sərt reaksiya - “Sakit ol, donuz”

22:13 18 Noyabr 2025

ABŞ Prezidenti Donald Tramp media ilə növbəti gərgin dialoq yaşayıb.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 14-də “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı Trampa cinsi cinayətlərdə ittiham edilən Cefri Epşteynlə bağlı sənədlər, xüsusilə də onun adının keçdiyi yeni açıqlanmış üç e-mail barədə sual verilib.

Qadın müxbir Trampdan həmin məktublarda ittiham doğuracaq məqamların olub-olmadığını soruşduqda, o, barmağını jurnalistin üzünə tuşlayaraq sərt reaksiya verib:

“Sakit ol, donuz”.

Prezidentin bu ifadəsi ictimaiyyətdə və mediada ciddi reaksiyalara səbəb olub.



Xəbər xətti