"Cəmi 23 il ərzində Türkiyəni öz bölgəsində parlayan bir ulduza çevirdik. İndi isə daha böyük irəliləyiş və tərəqqi astanasındayıq".
Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, terrorsuz Türkiyə prosesi ilə ölkəmizi yarım əsrlik qandallardan, enerjisini tükəndirən ağır bir bəladan birdəfəlik xilas edəcəyik: "Etdiyimiz hər şeyi məhz buna görə edirik. (Terrorsuz Türkiyə üçün -red ) Bu addımları diqqətlə planlaşdırırıq. 86 milyon insanın məsuliyyətini və müqəddəs əmanətini çiyinlərimizdə daşıdığımızın şüuru ilə hərəkət edirik. Hamımız bu həqiqətin fərqindəyik: Türkiyənin böyük bir bəlaya çevrilən terrorizm bəlasından tamamilə qurtulmasının vaxtıdır".
Aytac,
Sitat.info