Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi

17:00 19 Noyabr 2025

Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.

Sitat.info xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün “Karvan-Yevlax” – “Kəpəz” görüşünün baş hakimi Rauf Cabarov olacaq.

Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.



Xəbər xətti