Rusiya ordusu bu gün səhər saatlarında raket və dronlarla Ukraynanın müxtəlif ərazilərinə zərbə endirib.
Sitat.info “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, hücum zamanı Ternopol vilayətində də dağıntılar qeydə alınıb.
Vilayətin iki ayrı hissəsində obyektlərə raket düşüb.
Hadisə nəticəsində 19 nəfər həlak olub, daha 66 nəfər isə yaralanıb.
***
Ternopolda həlak olanların sayı artaraq 22 nəfərə yüksəlib.
Onlardan ikisinin uşaq olduğu bildirilib.