ATƏT sədri: ABŞ-ın sülh planı sanki Moskvada yazılıb

18:00 20 Noyabr 2025

ABŞ-ın sülh planı KİV-də təsvir olunduğu kimidirsə, o zaman o elə bil Moskvada yazılıb.
 
Bu fikri Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen "Yle”yə bildirib.
 
Nazir ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı təklif etdiyi iddia edilən sülh planının Qərb KİV-də təqdim olunan müddəalarını sərt şəkildə tənqid edib.
 
Elina Valtonen qeyd edib ki, əgər ABŞ-ın sülh planı KİV-də təsvir olunduğu kimidirsə, bu cür şərtlər Ukrayna və onun Avropadakı tərəfdaşları üçün qəbuledilməzdir.
 
"Bu plan sanki Moskvada yazılıb. Onlar BMT Nizamnaməsini açıq şəkildə kənara atır”, — Valtonen vurğulayıb.
 
"Biz Ukraynada ədalətli və davamlı sülh istəyirik və artıq dörd ildir bu məqsədə nail olmaq üçün çalışırıq”, — o əlavə edib.



Xəbər xətti