Son günlər Mədəniyyət Nazirliyi ətrafında baş verən proseslər əsas müzakirə mövzusuna çevrilib.
Sitat.info xəbər verir ki, dünən nazirliyin rəmiləri ilə sənətçilər arasında Baku TV-nin canlı yayınında debat baş tutub.
Debatdan müzakirələr daha da qızışıb. Almaxanım Əhmədli iddia edib ki, Mənzər Nurəliyeva ondan və sənət dostlarından müxtəlif hədiyyələr tələb edib:
"Məncə, Mənzər Nurəliyeva bunları görməzdən gəlir. Özbəkistan mədəniyyət günlərində nazir Adil Kərimli məni o siyahıya salmışdı. Bundan sonra 15-20 gün məşqlərə getdik. Uçuşa bir neçə gün qalmış Mənzər xanımın köməkçisi mənimlə əlaqə saxladı və bildirdi ki, məni siyahıdan çıxardıblar. Fikrimcə, bu, dostluq və şəxsi münasibətlər zəminində baş verdi. Mən və digər sənət yoldaşlarım bu siyahıdan çıxarıldılar. Bu insanın müəyyən tələbləri var. Bunu hər kəs gözəl bilir. Mən və sənət dostlarımdan müəyyən məbləğlər tələb edirdi. Bizdən istəyirdilki, qayıdanda ona ətir gətirək. İstifadə etdiyi ətir də bahalıdır. Qiyməti 600-1000 manat aralığında dəyişir".
Həmin fikirləri Nura Suri də dəstəkləyib. O da öz növbəsində bildirib ki, Mənzər Nurəliyeva üzgərdirmə əməliyyatı etdirib, onun da qiyməti 30 min dollardan yuxarıdır.
Həmin videonu təqdim edirik
Nigar,
Sitat.info