“Kapital Bank” pensiyalardan da komissiya tutacaq?

14:27 24 Noyabr 2025

Yeni qayda əməkhaqqı və təqaüd (pensiya) kartlarına şamil edilmir.    

Sitat.info xəbər verir ki, bu barədə “Birbank”dan bildirilib. “Əməkhaqqı və pensiya kartlarından Birbank/Kapital Bank bankomatlarından nağdlaşdırma etdikdə əvvəlki kimi heç bir komissiya tutulmur. 27.11.2025 tarixindən etibarən edilən dəyişiklik yalnız seçilmiş müştərilərin Birbank debet kartlarına, kredit kartlarındakı şəxsi vəsaitlərə və Bakcell Ko-brend kartına aiddir”, - məlumat da qeyd olunub.



Xəbər xətti