Nərimanovdakı partlayışda yaralanan şəxs danışdı: “Hamısı töküldü üstümə, məni qan aparırdı” - VİDEO

17:32 24 Noyabr 2025

“Yoldan keçirdim. Binada partlayış baş verdi, 3-4 metr aralıya düşdüm. Şüşələr üstümə töküldü, bir neçə dəqiqə sonra ayılanda, məni qan aparırdı”. Bunu Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində beşmərtəbəli binada baş verən partlayışda xəsarət alan şəxs deyib. Yaralının sözlərinə görə, təcili tibbi yardım briqadası onu dərhal xəstəxanaya çatdırıb: “Kliniki Tibbi Mərkəzdə qolumu gipsə saldılar, başıma bir neçə tikiş qoyuldu. Yanımda təxminən 19 yaşında olan qız var idi. O, heç nə danışmırdı, uzanmışdı. Digər yaralının – oğlanın vəziyyəti pis idi, ancaq qışqırırdı”.

"Sitat.info" xəbər verir ki, Nərimanova yerləşən "AFEN Plaza”dakı partlayış zamanı xəsarət alan bu sözləri Baku tv"yə danışıb.

Həmin videonu təqdim edirik:

 



Xəbər xətti