Sabah bu ərazilərdə 5 gün su olmayacaq

18:30 24 Noyabr 2025

Sabahdan Bakıda və Xırdalanda 5 gün suyun verilməsində fasilələr olacaq.
 
Sitat.info xəbər verir ki, Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilməsində fasilələr yaranacaq.
 
Fasilələr Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan işlərlə əlaqədardır. 
 
Noyabrın 29-dan etibarən isə suyun verlişi adi rejimdə bərpa olunacaq.



Xəbər xətti