Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib

18:42 24 Noyabr 2025

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinin Zatişiye yaşayış məntəqəsini ələ keçirib.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bundan başqa, Rusiya qoşunlarının Donetsk vilayətinin Krasnoarmeysk şəhərinin (Pokrovsk, Ukrayna-red.) Qornyak və Şaxtyorski mikrorayonlarını tamamilə nəzarətə götürdüyü bildirilib.
 
Rusiya MN Hava Hücumundan Müdafiə sistemlərinin son 24 saat ərzində 345 Ukrayna PUA-sını vurduğunu açıqlayıb.



Xəbər xətti