Telefon danışığı apardılar

19:38 24 Noyabr 2025

Çin Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı iki lider Cənubi Koreyadakı görüşlərinin nəticələrini müzakirə edib və bərabərlik, hörmət və qarşılıqlı fayda mövqeyinə riayət etmək və əməkdaşlıq sahələrini genişləndirmək barədə razılığa gəliblər.

Si Cinpin Çinin Tayvan məsələsində prinsipial mövqeyinə aydınlıq gətirib və vurğulayıb ki, “Tayvanın Çinə qaytarılması müharibədən sonrakı dünya nizamının mühüm elementidir”.

İki dövlət başçısı Ukraynada vəziyyəti də müzakirə edib.

Si Cinpin vurğulayıb ki, Çin sülhün əldə edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir və ümid edir ki, tərəflər fikir ayrılıqlarını aradan qaldırmağa davam edəcək.



Xəbər xətti