Böyük Britaniyanın Baş naziri Kir Starmerin gələn il vəzifəsindən könüllü şəkildə gedə biləcəyi ilə bağlı Leyborist Partiyası daxilində narahatlıq artıb.
Sitat.info xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilib ki, Leyborist Partiyasının üzvləri Starmerin 2026-cı ilin mayında keçiriləcək yerli şuralar, eləcə də Şotlandiya və Uels parlamenti seçkilərindən sonra postunu tərk edə biləcəyini ehtimal edirlər. Proqnozlara əsasən, həmin seçkilər leyboristlər üçün “çox zəif nəticələr”lə yekunlaşa bilər.
Mənbələr bildirir ki, Baş nazirin davranışları da bu ehtimalları gücləndirir. Sosial sorğularda partiyasının reytinqi rekord dərəcədə aşağı düşsə də, Starmerin son vaxtlar daha sakit, geri çəkilmiş görünməsi diqqət çəkib. Həmçinin Beynəlxalq Kişilər Günü münasibətilə paylaşdığı qeyri-adi təbrikin də “vida mesajı” ola biləcəyi qeyd edilir.