Prezident Fərman imzaladı

16:40 25 Noyabr 2025

“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 22 may 2020-ci il tarixli Fərmanında dəyişiklik edilib.

Sitat.info  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.

Fərmana əsasən, Zonanın yaradılması prosesində İqtisadiyyat Nazirliyinin tərtib etdiyi "Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453,09 hektar torpaq sahəsinin yerquruluşu planı da nəzərə alınacaq.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.



Xəbər xətti