Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.
Sitat.info APA-ya istiandən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.
Meyitin tapılması istiqamətində tədbirlər görülür.
Araşdırma aparılır.
***
Bakının Türkan qəsəbəsində ananın üç günlük körpəsini dənizə ataraq öldürməsinin bir sıra təfərrüatları məlum olub.
Teleqraf-ın məlumatına görə, hadisə 14 gün öncə baş verib.
Noyabrın 11-də 1984-cü il təvəllüdlü Eyvazova Pərvanə Telman qızı saat 17 radələrində körpəsini dənizə ataraq öldürüb.
Apardığımız araşdırma zamanı bəlli olub ki, 41 yaşlı qadın hadisədən üç gün öncə oğlan uşağını Bakıda 3 saylı Doğum Evində dünyaya gətirib.
Məlumata görə, Pərvanə həyat yoldaşından boşansa da, Binə qəsəbəsində eyni evdə yaşayırlar. Onların qızları ali məktəbdə oxuyur.
Pərvanənin keçmiş həyat yoldaşının dənizdə işlədiyi bildirilir. Türkanda yaşayan atasının isə yataq xəstəsi olduğu deyilir.
Onun hansı səbəbdən bu addımı atması isə istintaq zamanı bəlli olacaq.
Qeyd edək ki, faktla bağlı P.Eyvazova saxlanılıb, rayon prokurorluğunda araşdırma aparılır.