Oğuzda “BMW” aşdı - Ölən və xəsarət alanlar var

20:50 25 Noyabr 2025

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Sitat.info xəbər verir ki,  “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində olub.

Belə ki, hərəkətdə olan  “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, rayonun Dəymədağlı kənd sakini 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.



Xəbər xətti