Bu avtomobil yolunda sürət həddi endirildi

19:12 26 Noyabr 2025

“Şamaxı yolu” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik hissəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi saatda 100 km-dən 90 km-ə endirilib.

Sitat.info xəbər verir ki, bu barədə  Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

"Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik", - məlumatda bildirilib.



Xəbər xətti