Ağdamda pambıq yüklü traktor aşıb, xəsarət alan var

18:00 27 Noyabr 2025

Ağdamda pambıq daşıyan traktor aşıb.
 
Sitat.info bildirir ki, APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Pambıqla yüklənmiş iki qoşqulu traktor idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində traktorçu Elman Temirov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti