ABŞ və Ukrayna nümayəndə heyətləri əldə olunmuş razılaşmaların inkişafı ilə bağlı həftəsonu Cenevrədə bir araya gələcəklər.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Teleqram kanalında bildirib.
"Əsas ortaq məqsədimiz dəyişməz qalır – Ukrayna üçün mümkün qədər tez uzunmüddətli və ləyaqətli sülhə nail olmaq", – o yazıb.