Avropa İttifaqından Rusiya ilə bağlı Belçikaya ağır ittiham

15:22 28 Noyabr 2025

Bəzi Avropa İttifaqı (Aİ) ölkələri Belçikanın Rusiya Bankının dondurulmuş aktivlərindən istifadə etdiyindən və bu səbəbdən də aktivləri Ukraynaya verməyi təxirə saldığından şübhələnir.

Sitat.info-nun xəbərinə görə, bu barədə "Politico" nəşri Avropa diplomatik mənbələrinə istinadən məlumat verib.

 

Məlumata görə, müxtəlif Avropa ölkələrindən olan beş diplomat narazılığını bildirib ki, Belçika, böyük ehtimalla, Rusiya aktivlərini saxlamaqla ikinci dərəcəli məqsədlər güdür. Məqalədə bildirildiyinə görə, onlar qeyd ediblər ki, Belçika ötən il qəbul edilmiş beynəlxalq öhdəliyi pozur və bu vəsaitlərdən necə istifadə etdiyini açıqlamır.

Diplomatlar bildiriblər ki, pul vəsaitləri hələ də Belçika dövlət büdcəsinə köçürülür və bu da Belçikanın Ukrayna qarşısında öhdəliklərini tam yerinə yetirib-yeritirmədiyini müəyyən etməyi qeyri-mümkün edir. Eyni zamanda, Brüssel hər hansı qanunazid hərəkət etdiyini qəti şəkildə inkar edir. Rusiya aktivləri Brüsselin "Euroclear" depozitariyasında saxlanıldığı üçün Belçika hökuməti bu aktivlər üzrə faizlərdən əldə edilən gəlirlərə 25% vergi tətbiq edir. 2025-ci ildə bu gəlirlər təxminən bir milyard avro dəyərində qiymətləndirilir.



Xəbər xətti