İlqar Məmmədov əməliyyat olundu

17:12 28 Noyabr 2025

REAL Partiyasının keçmiş sədri İlqar Məmmədov əməliyyat olunub.
 

Sitat.info-nun məlumatına görə, bu barədə onun özü bildirib.

"Dünən bir gözümdən əməliyyat olundum. Torlu qişanın qopması səbəbilə. Bu gün artıq evdəyəm, amma bir müddət ekrana tək gözlə çox da baxa bilməyəcəm. Həm də müalicə-bərpanı davam etdirirəm...
Görmənin təxminən 3 həftəyə qayıdacağını deyirlər", - İ.Məmmədov deyib.

İlqar Məmmədov 2009-cu ildə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri seçilib. Onun partiya sədrliyindən istefası 12 sentyabr 2024-cü ildə qəbul olunub.



Xəbər xətti