“Qarabağ“ın ÇL-dəki qazancı

14:38 29 Noyabr 2025

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsiliçisi "Qarabağ"ın mundialın əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib.

Sitat.info  xəbər verir ki, Ağdam klubunun indiyədək əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir.

Qurban Qurbanovun baş məşqçisi olduğu klub qitənin ən nüfuzlu turnirində ən çox qazanan komandalar siyahısında 33-cü pillədə qərarlaşıb.

Bu mənada, Azərbaycan təmsilçisi “Union” (Belçika), “Pafos” (Kipr) və “Kayrat” (Qazaxıstan) komandalarını üstələyib.

Bu mövsüm ÇL-də 73,2 milyon avro qazanan Fransanın “PSJ” klubu siyahıya liderlik edir.



Xəbər xətti