Boksçumuz Avropa çempionu oldu

15:42 29 Noyabr 2025

Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) U-23 Avropa çempionatının qalibi olub.

 
Sitat.info xəbər verir ki, millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.
 
Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.
 
Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komanda Avropa çempionatını 3 medalla başa vurub. Mamedovdan öncə Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) bürünc mükafata sahib olub.
 
Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparırdı.



Xəbər xətti