İngiltərənin "Çelsi" klubunda ciddi maliyyə qalmaqalı baş verib.
Sitat.info "Goal" nəşrinə istinadən xəbər verir ki, klubun keçmiş əməkdaşı, xəzinədarlıq menecerinin assistenti vəzifəsində çalışmış Kler Uolş hakim qarşısına çıxıb.
39 yaşlı qadın 2019-2023-cü illər arasında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dələduzluqda ittiham olunduğu Vestminster Maqistrates Məhkəməsində ifadə verib.
İstintaq materiallarına görə, Uolş 2019-cu ilin iyunundan 2023-cü ilin oktyabrına qədər qanunsuz olaraq 208 521 funt sterlinq məbləğində pul vəsaitini mənimsəyib.
Britaniya qanunvericiliyinə görə, etimaddan sui-istifadə yolu ilə törədilən bu tip dələduzluq 10 ilədək həbs cəzası ilə nəticələnə bilər.
Hazırda qadın azadlığa buraxılıb və növbəti məhkəmə iclası daha sonra elan olunacaq.